Braziliya-Argentina yoldaşlıq görüşü Neymar üçün əlamətdar olub
Bakı, 17 oktyabr, AZƏRTAC
Braziliya milli komandasının ötən gün Argentina yığması ilə keçirdiyi yoldaşlıq görüşü beşqat dünya çempionlarının hücumçusu Neymar üçün əlamətdar olub.
AZƏRTAC footballhd.ru saytına istinadən xəbər verir ki, oyunun taleyini həll edən yeganə qolun müəllifi Mirandaya məhsuldar ötürmə verən Neymar nəticədə “qol+pas” sistemi ilə 100 xal (59 qol və 41 qolla nəticələnən ötürmə) qazanıb. O, bu göstəriciyə komandada 94 matç keçirməklə nail olub.
İyirmi altı yaşlı futbolçu 2010-cu ildən etibarən Braziliya milli komandasının şərəfini qoruyur. Millidə ən çox qola Pele (92 matçda 77 qol) və Ronaldo (98 matçda 62 qol) imza atıblar.
Qeyd edək ki, milli komandanın heyətində keçirdiyi matçların sayı baxımından Neymar Jilmarı geridə qoyaraq ilk onluğa daxil olub. Yığmada 142 matç keçirən Kafu bu göstəriciyə görə liderdir.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir