×
A
A
A
Sazlamalar

“Bakı Open-2018” turnirlərinin tarixləri məlum olub

Bakı, 17 oktyabr, AZƏRTAC

Noyabr ayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr edilmiş “Bakı Open-2018” iki qrup üzrə şahmat festivalına start veriləcək.
AZƏRTAC xəbər verir ki, “Open turnir” noyabrın 23-dən dekabrın 2-dək Novxanı qəsəbəsindəki “Spring” otelinin konfrans zalında, 10 yaşa qədər uşaqlar arasında turnir isə noyabrın 16-dan 25-dək Respublika Şahmat Mərkəzinin binasında keçiriləcək.
Yarışların baş hakimi FİDE-nin beynəlxalq arbitri Nurəli Məmmədzadə olacaq.

İdman 2018-10-17 18:18:00