×
A
A
A
Sazlamalar

Stenford Universiteti elm və texnologiyanın inkişafına ən çox töhfə verən ali məktəbdir

Bakı, 13 oktyabr, AZƏRTAC

ABŞ-ın Stenford Universiteti “Reuters” agentliyinin elm və texnologiyalara daha çox töhfə verən ali məktəblər barədə tərtib etdiyi dünya reytinqində ardıcıl olaraq dördüncü dəfə birinci yeri tutub.
AZƏRTAC hightech.fm saytına istinadla xəbər verir ki, reytinqin ilk beşliyinə yalnız ABŞ universitetləri daxildir. Belə ki, ikinci yerdə Massaçusets Texnologiya İnstitutu, üçüncüdə isə Harvard Universiteti qərarlaşıb. Liderlər beşliyini müvafiq olaraq Pensilvaniya və Vaşinqton universitetləri tamamlayıb.
Ölkələr üzrə ali məktəblərin sayına görə reytinqdə isə ilk pillədə ABŞ (49 təhsil müəssisəsi), ikinci və üçüncüdə müvafiq olaraq Almaniya (9) və Yaponiya (9) yer alıb.

Texnologiya 2018-10-13 12:35:00