×
A
A
A
Sazlamalar

BMT sosial layihələr üçün blokçeyndən istifadə edəcək

Bakı, 26 sentyabr, AZƏRTAC

BMT sosial layihələr üçün blokçeyn texnologiyasından istifadə edəcək. Bu məqsədlə BMT və “Blockchain Charity Foundation” (BCF) xeyriyyə təşkilatı arasında əməkdaşlıq haqqında razılıq əldə edilib.
AZƏRTAC life.ru saytına istinadla xəbər verir ki, blokçeyn inkişaf etməkdə olan ölkələrə kömək üçün böyük təsirə malik texnologiyadır. “Blockchain Charity Foundation” ianələrin hara yönəldilməsini və onlardan problemlərin həlli üçün istifadə olunub-olunmamasını izləməyə imkan verən platformaya malikdir. BMT-nin bu platformadan istifadə edəcəyi gözlənilir. Bu barədə BMT-nin baş katibinin köməkçisi Haolyan Şu bildirib.
Qeyd edək ki, məlumat bazalarının təşkili sistemi olan blokçeyndən virtual valyutalarla aparılan əməliyyatlar barədə informasiyanın saxlanılması üçün istifadə olunur. Texnologiya, həmçinin bank fəaliyyətində tətbiq edilə bilər. Kriptotexnologiya böyük əməliyyatların aparılması üçün vaxta xeyli qənaət etməyə imkan verir.

 

Texnologiya 2018-09-26 17:54:00