×
A
A
A
Sazlamalar

Azərbaycan alimi Kimya və Üzvi Kimya üzrə VIII Dünya Konqresinin təşkilat komitəsinin üzvü seçilib

Bakı, 25 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Dilqəm Tağıyev bu il oktyabrın 22-23-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Kimya və Üzvi Kimya üzrə VIII Dünya Konqresinin təşkilat komitəsinin üzvü seçilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik konqresdə “Dərman maddələrinin immobilizə olunmasında polimer əsaslı nanovektorların istifadəsi” mövzusunda məruzə ilə çıxış edəcək.
Tədbirdə, həmçinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Şamo Tapdıqovun “N-metil N-benzil xitozanın so-alkilləşmə metodu ilə sintezi və tədqiqi" mövzusunda məruzəsi dinləniləcək.
Qeyd edək ki, Fransa, Almaniya, Birləşmiş Krallıq, Rusiya, Misir, Qətər, İspaniya və Polşa kimi ölkələrdən tanınmış alimlərin iştirak edəcəkləri tədbir 2010-cu ildən bəri hər il təşkil olunur. Konqresin keçirilməsinin məqsədi dünyanın müxtəlif ölkələrində kimyayönümlü sənaye, akademik qurumlar və elmi-tədqiqat mərkəzlərinin istehsalat imkanlarını və tətbiqi xarakterli elmi-tədqiqat işlərini təkmilləşdirmək üçün yeni əməkdaşlıq yaratmaqdır.

Elm və təhsil 2018-09-25 12:52:00