×
A
A
A
Sazlamalar

“Barselona” klubu Serxio Buskets ilə yeni müqavilə imzalayıb

Bakı, 25 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

İspaniyanın “Barselona” klubu futbolçu Serxio Buskets ilə yeni müqavilə bağlayıb.
AZƏRTAC xəbər verir ki, 30 yaşlı futbolçu daha üç il “Barselona” klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.
“Mən bu klubda çox xoşbəxtəm. Bura mənim ikinci evimdi. Artıq 16 ildir ki, “Barselona”nın formasını geyinirəm və bununla çox qürur duyuram. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə ispaniyalı bildirib.
Qeyd edək, ispaniyalı yarımmüdafiəçi “Barselona” klubunda 498 dəfə meydana start heyətdə çıxıb, 13 dəfə fərqlənib. S.Busketsin hesabında 33 məhsuldar ötürmə var.

İdman 2018-09-25 10:23:00