Robot texnikası 2025-ci ilədək 58 milyon yeni iş yeri yaradacaq
Bakı, 20 sentyabr, AZƏRTAC
Dünya İqtisadi Forumu yeni hesabat dərc edib. Hesabatda göstərilir ki, 2025-ci ilədək robotlar işlərin əksər hissəsini ( 51 faiz) yerinə yetirəcək. Robot texnikası 58 milyon yeni iş yeri yaradacaq.
AZƏRTAC computerworld.ru saytına istinadən xəbər verir ki, böyük şirkətlərdə çalışan əməkdaşların 54 faizi peşəsini dəyişmək və ya bacarıq səviyyəsini artırmaq məcburiyyətində qalacaq. Hesabata görə, gələcəkdə operator, mühasib, inzibatçı, katib, quraşdırma müəssisələri işçisi, auditor, poçt xidmətləri əməkdaşı, sifarişçilərlə iş üzrə xidmət operatoru, anbar uçotu operatorları və s. kimi peşələrə tələbat azalacaq. Yeni peşələr isə məlumat analitiki, süni intellekt və robotların öyrədilməsi üzrə mütəxəssis, proqram təminatı tərtibatçısı, satış və marketinq üzrə mütəxəssis, iritutumlu məlumatlarla iş üzrə, rəqəmli texnologiyalara keçid üzrə və yeni texnologiyalar üzrə mütəxəssis və s. olacaq.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib