×
A
A
A
Sazlamalar

Dünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə yeni nümayəndəsi etimadnaməsini Xarici İşlər Nazirliyinə təqdim edib

Bakı, 11 sentyabr, AZƏRTAC

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Dünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikası üzrə yeni nümayəndəsi Hande Harmancı ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hande Harmancı təyinatı ilə əlaqədar etimadnaməsini Pərvin Mirzəzadəyə təqdim edib. O, fəaliyyəti dövründə Azərbaycan ilə Dünya Səhiyyə Təşkilatı arasında münasibətlərin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb.
Pərvin Mirzəzadə Hande Harmancıya gələcək fəaliyyətində uğurlar arzu edib.

Xarici siyasət 2018-09-11 15:56:00