Çin alimləri yeni texnologiya hazırlayıblar
Bakı, 7 sentyabr, AZƏRTAC
Çin alimləri dəniz suyunda qısa vaxtda parçalana bilən plastika növü hazırlayıblar. Yeni texnologiya okeanın plastik tullantılarla çirklənməsi ilə bağlı yaranan problemləri aradan qaldırmağa imkan verəcək.
AZƏRTAC belta.by saytına istinadən xəbər verir ki, Çin Elmlər Akademiyası Fizika və Kimya İnstitutunun alimləri tərəfindən müvəffəqiyyətlə sintezləşdirilmiş qabaqcıl poliefirlər suda həllolma və mikroorqanizmlərin parçalanma qabiliyyətini özündə birləşdirir.
İnstitutun mühəndisi Van Qes bildirib ki, dənizə düşən bu plastika növü yüz gün ərzində tamamilə parçalanır və son nəticədə ekoloji təhlükəsizliyə problem yaradan makromolekulyar maddələrə çevrilmir.
Mütəxəssislərin fikrincə, bu material gələcəkdə bir çox sahələrdə adi plastikanı əvəz edə bilər.
Qeyd edək ki, okeanın plastik tullantılarla çirklənməsi ictimaiyyətin diqqətini cəlb edir. Araşdırmalara görə, hər il okeana 4,8-12,7 milyon ton plastik tullantı atılır.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib