Yapon alimləri ilk kosmik lift yaradıblar
Bakı, 9 sentyabr, AZƏRTAC
Yapon alimləri kosmik lift prototipi üzərində sınaqlar keçirəcəklər. Qurğu gələn həftə “H-IIB” raketdaşıyıcısının köməyi ilə orbitə çıxarılacaq.
AZƏRTAC “phys.org” saytına istinadən xəbər verir ki, kosmik lift yüklərin raketlərdən istifadə etmədən kosmosa çıxarılması üçün nəzərdə tutulmuş hipotetik mühəndislik qurğusudur. Qurğunun əsas komponenti Yer kürəsinin səthindən orbital stansiyaya kimi uzanan möhkəm burazdır. Stansiya geostasionar orbitdə yerləşir və mərkəzdənqaçma qüvvəsi sayəsində burazı saxlayır. Buraz vasitəsilə yükqaldırıcı mexanizm hərəkət edir.
Kosmik lift prototipi mühərriki olan balaca qutu, həmçinin iki kiçik peyk arasında çəkilmiş 10 metrlik kabeldən ibarətdir. Aparatlara quraşdırılmış kameralar liftin fəaliyyətinə nəzarət etməyə imkan verəcək.
Məlumata görə, “Obayashi” tikinti şirkəti 96 min kilometr uzunluğunda buraz hazırlamaq üçün nanoboru texnologiyasından istifadə etməyi planlaşdırır. 2050-ci ilədək liftin köməyi ilə kosmosa turist göndərmək planlaşdırılır.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib