×
A
A
A
Sazlamalar

Kanada alimləri yeni sensor ekranlı qurğu hazırlayıblar

Bakı, 31 avqust, AZƏRTAC

Kanadanın Kuins Universitetinin alimləri “MagicScroll” adlanan sensor ekranlı qurğu hazırlayıblar. Bu qurğunun prototipi boru şəkildə bükülən 7,5 düymlük elastik sensor displeydən ibarətdir. Alimlər artıq yeniliyin smartfonlarda tətbiqini nəzərdən keçirirlər.
AZƏRTAC “hi-tech.mail.ru” saytına istinadən xəbər verir ki, bu yenilik 3D çap texnologiyasının köməyi ilə hazırlanıb. Qurğunun kənar hissələrinə quraşdırılmış xüsusi çarxları fırlatmaqla ekranı bükmək olar. Elastik ekran 2K təsvir ölçüsünə malikdir.

Texnologiya 2018-08-31 17:59:00