Nanotexnologiyalar üzrə beynəlxalq sərgidə yeni texnologiyalar təqdim olunacaq
Bakı, 28 avqust, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda gələn il nanotexnologiyalar üzrə beynəlxalq sərgi-konfrans keçiriləcək.
AZƏRTAC expoclub.ru saytına istinadən xəbər verir ki, yanvarın 30-dan fevralın 1-dək davam edəcək tədbir “Nano Bio Expo”, “Neo functional material”, “ASTEC” kimi tematik sərgilərlə birgə təşkil olunacaq.
Qeyd edək ki, bu il tədbirdə 44437 mütəxəssis iştirak edib. Sərgiyə Yaponiyanın 359 və 23 ölkənin 197 şirkəti qatılıb.
“Nano Tech 2019”da nanotexnologiyalar, informasiya texnologiyaları, ixtira və innovasiyalar, tibbi avadanlıq, kosmik texnologiyalar və s. təqdim olunacaq. Həmçinin müvafiq sahələr üzrə aparılmış elmi araşdırmaların nəticələri müzakirə ediləcək.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib