×
A
A
A
Sazlamalar

İtaliya A Seriyası: "Yuventus" sonuncu dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də İtaliya A Seriyasının birinci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun ilk oyunu "Markantoniyo" stadionunda baş tutub. "Kyevo" klubu "Yuventus" komandasını qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda qonaqlar sonuncu dəqiqədə vurduğu qolla 3:2 hesabı ilə qalib gəliblər. Turinlilərin heyətində Sami Xedira və Federiko Bernardeski, Matia Bani (avtoqol) fərqləniblər. Meydan sahiblərinin heyətində isə Meriuş Stenpinskiy və Emanuyel Cakerini adlarını tabloya yazdırıblar.

İdman 2018-08-18 22:24:00