×
A
A
A
Sazlamalar

Hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı artıb

Bakı, 16 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1 milyon 366,7 min və ya ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz artaraq 118,4 min tona çatıb.

Nəqliyyat 2018-08-16 13:45:00