×
A
A
A
Sazlamalar

“Facebook” internetin paylanması üçün peyk buraxmağı planlaşdırır

Bakı, 27 iyul, AZƏRTAC

“Facebook” sosial şəbəkəsi Yer kürəsinin çətinliklə gedilə bilən guşələrinin internetlə təmin olunması təşəbbüsünü irəli sürüb.
Şirkətin məlumatında bildirilir: “Hazırda yeni “Athena” (“Afina”) internet-peykinin yaradılması ilə bağlı ciddi tədbirlər görülür. İndi biz layihə haqqında konkret danışa bilmirik, lakin belə düşünürük ki, peyk texnologiyaları növbəti nəslin
genişzolaqlı internet infrastrukturunun inkişafında vacib rol oynayacaq. Belə ki, peyk şəbəkəyə girişin məhdudlaşdırıldığı və ya heç olmadığı ucqar kəndləri internetlə təmin edəcək”.
AZƏRTAC hitech.vesti.ru saytına istinadla xəbər verir ki, peyk sənayesi daha çox özəl şirkətlərin diqqətini cəlb edir. Məsələn, İlon Maskın “SpaceX” şirkəti “Starlink” peyk sistemini hazırlayır ki, bu sistem bütün Yer kürəsini genişzolaqlı şəbəkə ilə əhatə edən bir neçə min peykin orbitə çıxışını nəzərdə tutur.

Texnologiya 2018-07-27 16:09:00