Mövlud Çavuşoğlu: Türkiyə və Azərbaycanın həyata keçirdiyi birgə layihələr regionda böyük iqtisadi inkişafa səbəb olacaq
Bakı, 24 iyul, AZƏRTAC
Türkiyə və Azərbaycanın birgə fəaliyyəti təkcə ölkələrimiz deyil, bütövlükdə region üçün önəmlidir. Ölkələrimizin həyata keçirdiyi birgə layihələr regionda böyük iqtisadi inkişafa səbəb olacaq.
Bu fikirləri iyulun 24-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, bu gün bir çox ölkələr Bakı-Tbilisi-Qars layihəsinə qoşulmaq istəyirlər. İki qardaş ölkənin əməkdaşlığı enerji sahəsində daha da genişlənir və dərinləşir. Biz hər sahədə sıx əməkdaşlıq edirik.
Mövlud Çavuşoğlu vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Qarşıda görüləcək işlərimiz çoxdur. Beynəlxalq təşkilatlarda da fəaliyyətimizi gücləndirməyi nəzərdə tuturuq. Bu gün beynəlxalq təşkilatlarda irqçilik, ayrı-seçkilik daha çox özünü büruzə verir. Bu baxımdan Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək.
Keniyanın Baş naziri Ermənistanın qeyri-konstruktiv addımları barədə məlumatlandırılıb
Azərbaycanın Baş naziri monteneqrolu həmkarı ilə görüşüb
Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri və Baş direktorunun müavini ilə görüşüb