×
A
A
A
Sazlamalar

Rusiyanın elmi jurnalının baş redaktoru İdarəetmə Sistemləri İnstitutunda olub

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Rusiyanın “Mexatronika, avtomatlaşdırma, idarəetmə” elmi-tədqiqat və sənaye jurnalının baş redaktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin professoru Nikolay Filimonov ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə İSİ-nin direktoru, akademik Telman Əliyev rəhbərlik etdiyi müəssisədə yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verib.
N.Filimonov İSİ tərəfindən təklif edilən layihələr, burada hazırlanan cihaz və qurğular, həmçinin əməkdaşların monoqrafiyaları, xarici nüfuzlu jurnallarda yer alan məqalələrdən və bu kimi materiallardan ibarət sərgi ilə tanış olub.
Anomal seysmik proseslərə nəzarət üçün quraşdırılan telemetrik seysmostansiyaların iş prinsipi və zəlzələnin baş verəcəyi zonaların parametrlərinin qeyd edilməsi qonağın marağına səbəb olub.
N.Filimonov, həmçinin "Yenilməz riyaziyyatlaşdırılma və müasir idarəetmə nəzəriyyəsinin poliedral trendi" mövzusunda təqdimatla çıxış edib.
Sonda əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Elm və təhsil 2018-07-17 16:06:00