×
A
A
A
Sazlamalar

“Sumqayıt” futbol klubunun üzvləri təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb

Sumqayıt, 16 iyul, AZƏRTAC

2018-2019-cu il futbol mövsümü üçün çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu hazırlıq prosesinin birinci mərhələsini başa vurub.
“Sumqayıt” futbol klubunun mətbuat katibi Rəşad Məmməd AZƏRTAC-a bildirib ki, komandanın üzvləri təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 16-da Türkiyənin Bolu şəhərinə yola düşüblər.
İyulun 16-dan 29-dək davam edəcək toplanış müddətində Nazim Süleymanovun yetirmələri “Koru” otelində məskunlaşacaq.

 

Regionlar 2018-07-16 19:39:00