Baş nazirin yanında pambıqçılığın inkişafı ilə əlaqədar müşavirə keçirilib
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun yanında pambıqçılığın inkişafı ilə əlaqədar qarşıda duran bəzi məsələlərə həsr olunmuş müşavirə keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə pambıqçılığın inkişafında məhsuldarlığın artırılmasının təmin edilməsi barədə tapşırıqlarından irəli gələn bir sıra vacib məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müşavirənin yekununda Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərə dair aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Siyasi partiyalar tərəfindən qəbul edilən qanunsuz ianələrə görə cərimələr müəyyənləşir
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməsə, nəticə erməni cəmiyyəti üçün ağır olacaq
Azərbaycan parlamenti növbədənkənar sessiyasında 41 məsələni müzakirə edir
İqtisadi Şuranın növbəti iclası olub
Deputatlar Türkiyədə seçkilərə hazırlığın gedişi ilə tanış olacaqlar