×
A
A
A
Sazlamalar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə daxil olan şikayət araşdırılıb

Bakı, 22 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə Bakı-Horadiz dəmir yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində ağac kəsintisi ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.
Departamentdən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı həmin ərazinin mühafizə zolağında yaşköküstə bir iydə ağacının Sabirabad rayon sakini Elvin Mirzəyev tərəfindən kəsildiyi aşkarlanıb.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimələnib.

Ekologiya 2018-06-22 11:24:00