×
A
A
A
Sazlamalar

İnformatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarına əsasən respublika üzrə doktorant və dissertantların informatika fənni üzrə doktorluq imtahanlarına başlanılıb. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilən imtahanlar iyulun 6-dək davam edəcək.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, bu sessiya ərzində ümumilikdə 600-dək elmi tədqiqatçının imtahan verəcəyi gözlənilir. İyulun 4-də və 6-da Gəncə və Naxçıvan bölgələrində yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə doktorluq imtahanları internet üzərindən distant formada keçiriləcək. İmtahan prosesinə institutun Tədris-İnnovasiya Mərkəzində quraşdırılmış videomüşahidə sistemi vasitəsilə nəzarət ediləcək.
Qeyd edək ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən, 2016-cı ildən regional ali təhsil və elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının informatika fənni üzrə doktorluq imtahanları test texnologiyaları əsasında internet üzərindən distant formada keçirilir.

 

Elm və təhsil 2018-06-21 19:37:00