Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanda Ordu quruculuğu və hərb elmi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin, xüsusi təyinatlı təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını xatırladaraq ümummilli lider Heydər Əliyevin Cümhuriyyət ordusu ilə başlanan hərb tariximizi, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırdığını, müasir, müstəqil ordumuzun əsasını qoyduğunu və Azərbaycanın müstəqilliyini qorumağa qadir olan bir ordunun memarına çevrildiyini xüsusi vurğulayıb.
Bildirilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer tutmaqdadır və bu nailiyyətin əldə edilməsi ordu quruculuğuna Ali Baş Komandan İlham Əliyevin gündəlik diqqətinin və qayğısının nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev və tarix elmləri doktoru, dosent Mehman Süleymanov qeyd ediblər ki, Cümhuriyyət dövründə yaranan ordu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xalqın və dövlətin ona bağladığı ümidləri doğruldub.
Daha sonra iştirakçılara Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr edilmiş kitablar təqdim olunub.
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO