×
A
A
A
Sazlamalar

Zakir Həsənov: Azərbaycan Ordusu Laçına gedən yola nəzarət edir VİDEO

Bakı, 20 iyun, AZƏRTAC 

Naxçıvanda çox uğurlu hərbi əməliyyat keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə müdafiə naziri Zakir Həsənov iyunun 20-də keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib: “Neytral torpaq anlayışı yoxdur. Sahibsiz torpaq da yoxdur. Bu ərazilər bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu, bizim növbəti uğurumuzdur”.

Ordu 2018-06-20 13:52:00

Video