×
A
A
A
Sazlamalar

“Çelsi” komandası futbol üzrə İngiltərə kubokuna sahib olub

Bakı, 19 may, AZƏRTAC

Mayın 19-da futbol üzrə İngiltərə kubokunun final qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, kubok uğrunda yarışın finalında “Çelsi” komandası “Mançester Yunayted” klubu ilə qarşılaşıb. Görüş Antonio Kontenin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu matçın 22-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Eden Hazard vurub. Beləliklə, görüş London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da “Çelsi” klubu tarixində beşinci dəfə bu titulun sahibi olub.

İdman 2018-05-19 23:06:00