×
A
A
A
Sazlamalar

Fransa nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub

Bakı, 10 may, AZƏRTAC

Bakıda səfərdə olan Fransanın Kolmar şəhərinin meri Gilbert Meyer, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel və Assosiasiyanın baş katibi, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva Diasporla İş üzrə Dövlət Komitəsində olublar. Bu barədə AZƏRTAC-a komitədən məlumat verilib.
Komitənin sədri Fuad Muradovla görüşdə Dövlət Komitəsi ilə Kolmar şəhəri arasında əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, gələcək fəaliyyət planları müzakirə edilib. Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində görüləcək işlərə dair təkliflər səsləndirilib və konkret addımlar barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda, son vaxtlar ermənipərəst diaspor təşkilatlarının dəvəti ilə Fransanın rəsmi şəxslərinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlərinin artmasından dərin narahatlıq ifadə olunub.

Xarici siyasət 2018-05-10 18:20:00