×
A
A
A
Sazlamalar

Mart soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindəndir

Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) 31 mart soyqırımının 100 illiyinə həsr olunan tədbir keçirilib.
ETİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə bu elm müəssisəsinin direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Alim qeyd edib ki, Bakı, Lənkəran, Quba, Naxçıvan, Şamaxı, Qarabağ və digər ərazilərdə 1918-ci ilin martında ermənilər tərəfindən qırğınlar törədilib. Bu hadisələr miqyasına görə Azərbaycan tarixinin ən faciəli səhifələrindəndir. Ermənilərin tarixboyu xalqımıza qarşı törətdikləri bu cinayətlər 1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda tam əksini tapıb.
ETİ-nin elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev, tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ziyad Əmrahov və başqaları tarixboyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarından və həyata keçirdikləri işğalçılıq siyasətindən danışıblar.

31 mart 2018-03-30 17:38:00