×
A
A
A
Sazlamalar

Ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasəti aparır

Bakı, 29 mart, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi birdəqiqəlik sükutla anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov bədnam ermənilərin “böyük Ermənistan” yaratmaq xülyası ilə qəsbkarlıq siyasəti apardıqlarını, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirdiklərini bildirib.
1918-ci ilin mart-aprel aylarında ermənilərin Bakıda, Qubada, Şamaxıda, digər şəhər və rayonlarımızda törətdikləri qanlı faciələrdən danışan rektor qeyd edib ki, mənfur düşmən bu hadisələr zamanı on minlərlə günahsız insanı – qocaları, qadınları, uşaqları, gəncləri qətlə yetirib, kəndləri, qəsəbələri, şəhərləri viran edib.
Akademik A.Məhərrəmov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə bu qanlı hadisəyə siyasi və hüquqi qiymət verildiyini diqqətə çatdırıb.
Rektor ermənilərin işğalçılıq siyasətini davam etdirdiklərini söyləyib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı məruzə ilə çıxış edərək ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının tarixi köklərindən söz açıb. Alim düşmənin çirkin niyyətlərini tarixi fakt və dəlillərlə diqqətə çatdırıb.
Sonra ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarından bəhs edən videoçarx nümayiş olunub.

31 mart 2018-03-29 14:25:00