×
A
A
A
Sazlamalar

“AccuWeather” hava proqramı “iOS” istifadəçilərini izləyir

Bakı, 23 avqust, AZƏRTAC

“AccuWeather” hava proqramı “iOS” istifadəçilərini izləyir.
AZƏRTAC “securitylab.ru” saytına istinadən xəbər verir ki, hazırda “AccuWeather” mobil qurğular üçün ən yaxşı hava proqramlarından biridir. Lakin bu proqramın “Apple” şirkətinin prinsiplərindən birini pozması gözlənilməz olub. Belə ki, həmin mobil tətbiq istifadəçilər barəsində məlumat toplayır.
Tədqiqatçı Uill Strafax “AccuWeather” mobil proqramını ətraflı təhlil etdikdən sonra məlum olub ki, istifadəçilər öz olduqları yerin təyinini bloklasalar da əvvəlki kimi bəzi informasiya “RevealMobile” şirkətinə göndərilir. Bu informasiya mobil proqram tərtibatçılarına proqramdan pul əldə etməyə kömək edir.
Hazırda nə “Apple”, nə də “AccuWeather” bu təhlil haqda heç bir şərh verməyiblər. Amma tədqiqatçı deyib ki, keçmişdə mobil proqramların belə davranışı ABŞ Federal Ticarət Komissiyası tərəfindən araşdırma aparılması üçün əsas olub.

Dünya 2017-08-23 17:27:00