×
A
A
A
Sazlamalar

Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir

Bakı, 20 aprel, AZƏRTAC

ABŞ Konqresinin Senatı Kiyevə yardım üçün vəsait ayıran qanun layihələrini tez bir zamanda təsdiq etməlidir ki, Ukraynaya mümkün qədər tez silah göndərilsin.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Cozef Bayden bildirib.
“Mən səs verən iki partiyalı qanunverici koalisiyaya təşəkkür etmək istəyirəm. Qanun layihələri mənim stolumun üstündə olmalıdır ki, mən onu imzalaya bilim. Ukraynanın döyüş meydanında təcili ehtiyaclarını ödəmək üçün dərhal silah və texnika göndərək”, - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardımın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini qəbul edib. İndi bu məsələyə ABŞ Senatı baxmalı və daha sonra ABŞ Prezidenti Cozef Bayden imzalamalıdır. Qanun layihəsinə əsasən ABŞ Ukraynaya 61 milyard dollara yaxın məbləğdə yardım ayıracaq.

 

Dünya 2024-04-20 23:10:00