Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Pekin, 20 aprel, AZƏRTAC
Yaponiya özünü müdafiə qüvvələrinə məxsus 2 hərbi helikopterlə əlaqə kəsilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Dəniz qüvvələrinə aid olan helikopterlərlə əlaqə paytaxt Tokiodan 76 kilometr cənubda yerləşən İzu adalar qrupuna aid olan Torişima adası yaxınlığında kəsilib.
Hazırda helikopterlərin axtarışları aparılır.
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşı çıxıb
Volodimir Zelenski: Ukrayna Rusiya ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir