×
A
A
A
Sazlamalar

Əfqanıstanda törədilmiş terror aktı nəticəsində 40-dan çox insan yaralanıb

Bakı, 23 avqust, AZƏRTAC
Əfqanıstanın cənubunda yerləşən Laşkarqax şəhərində törədilmiş terror aktı nəticəsində 40 nəfərdən çox insan yaralanıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, terrorçu-kamikadze minalanmış maşını polis binasının önündə partladıb.
Terror aktına görə məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.

Dünya 2017-08-23 14:51:00