×
A
A
A
Sazlamalar

Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatında növbəti görüşlər keçiriləcək

Bakı, 19 avqust, AZƏRTAC

Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında növbəti görüşlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, saat 09:30-da keçiriləcək günün ilk matçında qadın həndbolçulardan ibarət “Qarabağ” klubu “İdman Akademiyası” komandasını qəbul edəcək. Qadınlar arasında altı matç oynanılacaq.
Saat 18:15-də isə kişi həndbolçular meydana çıxacaqlar. Turun ilk qarşılaşmasında “Təhsil” komandası ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri qələbə uğrunda yarışacaqlar. Kişilər arasında, ümumilikdə iki oyun baş tutacaq.

İdman 2017-08-19 07:45:00