×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Bak, 8 may, AZƏRTAC

Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "NTD-İndiqo" və "Xəzri" komandaları üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma ikincilərin 63:61 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında seriyanın ikinci görüşü mayın 11-də keçiriləcək.
Qeyd edək ki, yarımfinalın ilk matçında "Sabah" "Xırdalan"a 101:85 hesabı ilə qalib gəlib.

İdman 2024-05-08 21:51:00