×
A
A
A
Sazlamalar

Konfrans Liqasında ilk finalçı bəlli olub

Bak, 8 may, AZƏRTAC

UEFA Konfrans Liqasında ilk finalçı bəlli olub.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında Belçika “Brügge”si doğma meydanda İtaliyanın “Fiorentina” klubunu qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Komandalar arasındakı ilk oyunda İtaliya təmsilçisi 3:2 hesablı qalib gəldiyi üçün finala vəsiqə qazanıb.
Qeyd edək ki, bu raundun digər cavab qarşılaşması mayın 9-da baş tutacaq.

İdman 2024-05-08 23:19:00