×
A
A
A
Sazlamalar

Barselona polisi terrorçunun şəxsiyyətini müəyyənləşdirib VİDEO

Bakı, 17 avqust, AZƏRTAC

Barselonada polis mikroavtobusu kütlənin üzərinə sürərək terror aktı törədən sürücünün şəxsiyyəti müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Mülki Qvardiyadakı mənbənin yaydığı məlumata görə, bu, Dris Oukabir adlı şəxsdir.
Məlumatda bildirilir ki, o, mikroavtobusu Barselonanın Santa-Perpetua-de-Moqoda əyalətindən kirayə götürüb.
Terrorçu saatda 80 kilometr sürətlə mikroavtobusu kütlənin üzərinə sürüb.
Xatırladaq ki, terror aktı nəticəsində azı 13 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Dünya 2017-08-17 21:46:00

Video