×
A
A
A
Sazlamalar

Kiyevdə avtomobil partlayıb, bir hərbçi həlak olub

Bakı, 27 iyun, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyevdə avtomobilin partlaması nəticəsində Silahlı Qüvvələrin bir hərbçisi həlak olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyi hadisəni terror aktı kimi dəyərləndirib.
Nazirliyin rəsmisi Artem Şevçenko bildirib ki, cinayətkarın şəklindən onun açıq-aydın partlayıcı qurğunu işə saldığı görünür. O, partlayışın planlaşdırılmış terror aktı olduğunu, məhz bu maddə ilə də cinayət işi açıldığını deyib.

Dünya 2017-06-27 11:57:00