×
A
A
A
Sazlamalar

Türk Hava Yollarının yük təyyarəsi Braziliyaya ilk uçuş həyata keçirib

İstanbul, 27 iyun, АZƏRTAC

Türk Hava Yollarının (THY) yük təyyarəsi Braziliyanın San-Paulu şəhərinə ilk uşusunu həyata keçirib.
Qırx bir ton yüklə uçuş edən təyyarə Quarulyus beynəlxalq hava limanında təntənə ilə qarşılanıb.
Dünyanın 120 ölkəsi ilə daşımalar həyata keçirən “THY-Cargo” İstanbul-San-Paulu reysi ilə əhatə dairəsini genişləndirmək niyyətindədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2017-06-27 10:49:00