×
A
A
A
Sazlamalar

İspaniyanın Andalusiya vilayətində irimiqyaslı meşə yanğınları baş verib

Madrid, 27 iyun, AZƏRTAC 

İspaniyanın Andalusiya vilayətindəki Donanya Milli Parkında irimiqyaslı yanğın baş verib. Ciddi təhlükə ilə əlaqədar olaraq, parkın ətraf ərazilərindən 2 min nəfər əhali və qoruqdakı nadir heyvanların saxlandığı mərkəz təxliyə olunub.
Mütəxəssislərin fikrincə, yanğına insan amili səbəb olub və 90 saat/km sürətlə əsən külək onun sürətlə yayılmasına gətirib çıxarıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2017-06-27 06:56:00