Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib
Ankara, 20 aprel, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 20-də İstanbulda HƏMAS hərəkətinin siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni qəbul edib.
AZƏRTAC xəbər verir ki, Dolmabaxça Sarayında mətbuata qapalı keçirilən görüş zamanı Yaxın Şərq regionunda vəziyyət, Qəzza zolağında atəşkəs səyləri və münaqişə bölgəsinə humanitar yardımların çatdırılması mövzuları müzakirə olunub.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Prezident Administrasiyasının kommunikasiya idarəsinin başçısı Fahrettin Altun da iştirak ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir
İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb
Moskvada hərbi parad keçirilir
Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər