×
A
A
A
Sazlamalar

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

London, 9 may, AZƏRTAC

İngiltərənin şimalında, Mançester şəhərinə yaxın bölgələrdə yaşayan üç nəfər terror aktları törətmək, hazırlamaq və təhrik etmək şübhəsi ilə saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mançester polisi məlumat yayıb. Bildirilib ki, üç nəfər ayrı-ayrı yerlərdə həbs edilib və sorğu-sual olunmaq üçün nəzarətə götürülüb. Mançester polisi verdiyi açıqlamada cəmiyyət üçün daha geniş bir təhlükə olduğuna inanmadıqlarını söyləyib.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2024-05-09 12:38:00