“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək
Bakı, 9 may, AZƏRTAC
Biz sizi məyus etməyəcəyik, nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bunu Makedoniya Daxili İnqilab Təşkilatının - Makedoniya Milli Birliyi Demokratik Partiyasının baş katibi Kristian Miskoski səsvermədən sonra keçirilən mətbuat konfransında söyləyib. O, xalqın səsvermə yolu ilə ölkədə cinayət və korrupsiyaya qalib gəldiyini bildirib.
Xatırladaq ki, ən böyük müxalifət partiyası olan Makedoniya Daxili İnqilab Təşkilatının - Makedoniya Milli Birliyi Demokratik Partiyasının rəhbərlik etdiyi “Sizin Makedoniya” koalisiyası Şimali Makedoniyada keçirilən parlament seçkilərində bülletenlərin 95,20 faizinin emalına əsasən, 43,09 faiz səs qazanıb.
Seçki komissiyasının məlumatına görə, ikinci yeri Makedoniya Sosial Demokrat İttifaqının rəhbərlik etdiyi “Avropanın gələcəyi naminə” siyasi birliyi (15,20 faiz), üçüncü yeri İnteqrasiya Uğrunda Demokratik İttifaqın rəhbərlik etdiyi “Avropa Cəbhəsi” (14,01 faiz), dördüncü yeri “Vredi” müxalifət koalisiyası (10,91 faiz) tutub. Daha sonra “Levitsa” partiyası (6,78 faiz), “ZNAM” hərəkatı (5,32 faiz) gəlir. Digər partiyaların namizədlərinə seçicilərin 1 faizindən az hissəsi səs verib.
İran Prezidenti və xarici işlər naziri helikopter qəzasında həlak olub
İran Prezidentinin qəzaya uğramış helikopterinin yeri müəyyənləşdirilib
Yaponiya və Cənubi Koreya hərbi mübadilələri bərpa etmək niyyətindədir
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək