Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib
Bakı, 20 aprel, AZƏRTAC
Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avrodan çox vəsait xərcləyib.
AZƏRTAC Deutschlandfunk radiostansiyasına istinadla xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin məlumatında deyilir.
Məlumata görə, bu, öncəki illə müqayisədə altı faiz və ya təxminən 21 milyard avro çoxdur. Həmin vəsaitin yarıdan çoxu dövlət və özəl uşaq bağçalarına, məktəblərə, universitetlərə və məktəb nəqliyyatının təkmilləşdirilməsinə yönəldilib.
Qeyd edək ki, 2022-ci ildə Almaniyanın təhsil və elmi-tədqiqat işlərinə ayırdığı vəsait ölkənin ümumdaxili məhsulunun 9,6 faizinə bərabər olub.
Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var
İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib
Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır
Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir
Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır