Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var
Bakı, 7 may, AZƏRTAC
Çadda prezident seçkilərində başa çatan səsvermə zamanı bir sıra insidentlər baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Alwihda” portalı məlumat yayıb.
Məlumata görə, Çadın ikinci böyük şəhəri Moundouda bir neçə nəfər seçki məntəqələrindən birində səs verməyə cəhd edib. Gələnlərin seçici vəsiqələri olmadığı üçün seçki komissiyasının üzvləri onlara icazə verməyiblər. Gələnlərdən biri səsvermə qutusunun yanındakı insanlara odlu silahla atəş açıb. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Həmçinin Abeçedə seçki məntəqəsinin mühafizəçisi xəncərlə öldürülüb.
Çadda prezident seçkilərində iştirak etmək üçün on namizəd, o cümlədən hazırkı keçid prezidenti Mahamat İdris Deby Itno və Baş nazir Suxe Masra təsdiqlənib.
Bu seçkilər Çad üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkədə 60 ildən artıq müstəqil tarixində hakimiyyət seçki məntəqələrində səsvermə yolu ilə deyil, bir qayda olaraq, hərbi çevrilişlər nəticəsində dəyişib.
Seçkilərin ilkin nəticələri mayın 21-də, yekun nəticələri isə iyunun 5-də açıqlanacaq. Namizədlərdən heç biri səslərin yarıdan çoxunu toplamasa, ikinci turun keçirilməsi planlaşdırılır.
Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb
Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib
Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil