×
A
A
A
Sazlamalar

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Bakı, 6 may, AZƏRTAC

Təxminən 35 min alman hərbçisi fövqəladə vəziyyət zamanı müttəfiqlərə qısa müddətdə dəstək verməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Latviyaya səfəri zamanı deyib.
Onun sözlərinə görə, Baltikyanı ölkələrdə təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır: "Buna görə də Almaniya və digər müttəfiqlər NATO-nun Şərq cinahını əhəmiyyətli dərəcədə gücləndirmək üçün iki il əvvəl Baltikyanı ölkələrə əlavə birliklər köçürmək qərarına gəliblər".
Qeyd olunub ki, Almaniya Estoniyada, 2024-cü ildə isə Latviyada hava məkanının mühafizəsini öz üzərinə götürüb.
Almaniya Kansleri vurğulayıb ki, Bundesver əsas diqqətini Şimal-Şərqi və Mərkəzi Avropanın müdafiəsinə yönəldəcək.

Dünya 2024-05-06 23:03:00