Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
Bakı, 19 aprel, AZƏRTAC
Dubay aeroportunda kəskin hava şəraiti ilə əlaqədar baş verən nasazlıq səbəbindən aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulu 48 saatlıq məhdudlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, aeroportun mətbuat xidmətinin məlumatına görə, bu addım nasazlığın davam etməsi ilə bağlıdır və bərpa işlərinin effektivliyini təmin etmək üçün atılıb.
Qeyd edək ki, aprelin 16-na keçən gecə regionda güclü yağış səbəbindən Birləşmiş Ərəb Əmirliklərindən uçuşlar dayandırılıb. Kəskin hava şəraitinin ən çox zərər vurduğu Dubayda əsas avtomobil magistralları və şəhər aeroportunun uçuş-eniş zolağı su altında qalıb. Nəticədə onlarla aviareys ləğv olunub, minlərlə sərnişin isə ölkəni tərk edə bilməyib.
Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar
Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib
Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb
Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb