×
A
A
A
Sazlamalar

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Bakı, 10 may, AZƏRTAC

ABŞ Qəzza zolağında Rəfahdakı vəziyyətlə əlaqədar İsrailə ümumilikdə 3,5 min hava bombasının tədarükünü dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
Onun sözlərinə görə, ABŞ bu təchizatlarla bundan sonra nə edəcəyi ilə bağlı hələ qərar verməyib.
ABŞ Prezidenti Cozef Bayden mayın 8-də CNN telekanalına müsahibəsində deyib ki, Rəfah şəhərində böyük hərbi əməliyyat keçiriləcəyi təqdirdə, ABŞ İsrailə silah tədarükünü dayandıracaq.
Qeyd edək ki, Rəfahda Qəzzanın digər şəhərlərini tərk etməyə məcbur olan çoxlu sayda fələstinli məskunlaşıb. İsrail tərəfinin məlumatına görə, HƏMAS qruplaşmasının döyüş hissələri Rəfahda cəmləşib.

Dünya 2024-05-10 01:53:00