Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb
Kiyev, 9 may, AZƏRTAC
Prezident Volodimir Zelenski Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyətin 2024-cü il avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının rəsmi saytında məlumat verilib.
Qanuna görə, səfərbərlik və hərbi vəziyyət 90 gün, yəni 2024-cü il avqustun 11-dək uzadıldı.
Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri səfərbərlik və hərbi vəziyyət 11-ci dəfədir ki, davam edir.
Səfərbərlik 18 yaşından 60 yaşınadək kişilərə aiddir. Hərbi xidmətdən möhlət hüququ olan kişilər orduya çağırılmır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
LDH Fransada insan hüquq və azadlıqlarına qarşı artan hücumlarla bağlı həyəcan təbili çalır
Türkiyə dünyanın 117 ölkəsinə toxum ixrac edir
Yeni Kaledoniyada etirazçılar yolları bağlayıblar
İrandakı vəziyyətlə bağlı İtaliya Baş nazirinin sədrliyi ilə Nazirlər Şurasının iclası keçirilib