Türkiyədə zəlzələ olub
İstanbul, 18 aprel, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Tokat vilayətində 5,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 18:11-də qeydə alınıb.
Ocağı yerin 5,99 kilometr dərinliyində yerləşən zəlzələnin episentri Tokatın Sulusaray rayonudur.
Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya aidiyyəti qurumların bölgədə araşdırmalara başladığını deyib.
Qeyd edək ki, Tokatda gecə saatlarında da ən güclüsü 4,7 bal olan iki zəlzələ qeydə alınıb.
Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb
Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir
Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq
Mərakeş sahillərində 38 miqrant xilas edilib
Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir