×
A
A
A
Sazlamalar

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Bakı, 10 may, AZƏRTAC

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza sektorunda müharibə ilə bağlı ABŞ Prezidenti Cozef Baydenlə fikir ayrılıqlarının aradan qaldırılacağına ümid edir.
AZƏRTAC xəbər verir ki, Binyamin Netanyahu bu barədə “Haaretz” qəzetinə müsahibəsində deyib.
Bundan öncə Cozef Bayden İsrailin Qəzza sektorunun cənubundakı Rəfah şəhərində hərbi əməliyyata başlayacağı təqdirdə yəhudi dövlətinə bəzi silah növlərinin tədarükünü dayandıracağını elan edib. Binyamin Netanyahu isə ABŞ-ın hədələrinə baxmayaraq, Rəfaha hücumu davam etdirəcəyini bildirib.

Dünya 2024-05-10 11:25:00