×
A
A
A
Sazlamalar

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Bakı, 10 may, AZƏRTAC
Mərakeş sahil mühafizə xidməti Atlantik okeanı sahillərində 38 miqrantı xilas edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərakeş Silahlı Qüvvələrinin bəyanatında deyilir. Sahil nəzarətinə cavabdeh olan Mərakeş donanması birliyi Tan-Tan limanından 38 kilometr şimal-şərqdə keçirilən əməliyyat zamanı Afrikanın şimal-qərbindəki İspaniya arxipelaqı olan Kanar adalarına gedən qayığı saxlayıb.
Bildirilir ki, 36-sı Afrika, ikisi isə Asiya ölkələrindən olan miqrantlara ilkin tibbi yardım göstərildikdən sonra inzibati prosedurlar üçün Kral Polis İdarəsinə təhvil verilib.

Dünya 2024-05-10 11:01:00